Sizin reklam burada
Sizin reklam burada
  • Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

    Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin böyük holdinqi olan “DBH Group”un nümayəndələri ilə görüşüb.

    Görüşdə Gürcüstanın investisiya imkanları və ölkədəki əlverişli biznes mühiti müzakirə olunub.

    Tərəflər enerji sektoru və bərpaolunan enerjinin inkişafı sahəsində əməkdaşlıq, eləcə də bu sahədə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

    Görüşdə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin rolu və Gürcüstanın imkanları vurğulanıb, bu layihənin xarici investorlar üçün əlavə imkanlar yaratdığı qeyd edilib.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ