
Anadolu Agentliyinə istinadla xəbər verilir ki, Baş direktor ÜST və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) hazırladığı yeni təlimatın hər bir ölkədə psixi sağlamlıq xidmətlərinə çıxışı artırmaq və uşaqların, eləcə də gənclərin keyfiyyətli qayğı ilə təmin olunmasını gücləndirmək üçün əhəmiyyətli töhfə verə biləcəyini qeyd edib. O, təlimatın praktiki dəyişikliklər üçün stimul yaradacağına inandığını vurğulayıb.