Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib və İran xalqına , idarə əməkdaşlarına seçkini uğurlu keçirmələrinə görə təşəkkür edib.
Ayətullah Xamenei daha sonra Pezeşkiyanın İran İslam Respublikasının 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da İran parlamentdə olacaq.
