Sizin reklam burada
Sizin reklam burada
  • Novorossiysk yaxınlığında meşə yanğınının yayılmasının qarşısı alınıb

    Novorossiysk yaxınlığında meşə yanğınının yayılması dayandırılıb.
    Bununla bağlı Rusiyanın Krasnodar diyarının Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
    Qeyd edək ki, Novorossiysk yaxınlığında yanğının söndürülməsinə əlavə olaraq Müdafiə Nazirliyinin iki helikopteri, həmçinin Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi cəlb olunub. Krasnodar diyarında Dyurso xutoru ərazisində baş verən yanğının sahəsi 62 hektara çatıb. Alov bir sıra turizm bazalarının ərazisinə keçib, oradan insanlar təxliyə edilib. Novorossiyskdə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Yanğın nəticəsində bir nəfər xəsarət alıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ