Sizin reklam burada
Sizin reklam burada
  • Əfqanıstanda 6,4 bal gücündə zəlzələ olub

    Əfqanıstanın şimal-qərbində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
    Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialından bildirilib.
    Məlumata əsasən, zəlzələnin episentri daha əvvəl bir sıra güclü zəlzələlərin qeydə alındığı Herat şəhərindən 37 km şimalda olub.
    Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.
    ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 bal qiymətləndirib. Onun məlumatına görə, yeraltı təkanların episentri Heratdan 28 km şimal-qərbdə yerləşib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ