Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyənin müdafiə naziri ABŞ-lı həmkarı ilə Suriyadakı son hadisələri müzakirə edib

    Türkiyənin milli müdafiə naziri Yaşar Gülerlə ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub.
    Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
    Məlumata əsasən, telefon danışığı zamanı tərəflər Suriyada baş verən son hadisələri müzakirə edib.
    Bundan əlavə, nazir Güler ​​həmkarına Türkiyənin İŞİD terror təşkilatına qarşı ABŞ ilə birgə mübarizəyə hazır olduğunu bildirib.
    Qeyd edək ki, 5 oktyabr tarixində Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) döyüş bölmələri Suriyada PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ