Bu barədə Rusiya mediasına istinadən xəbər verilir
Ərdoğan Rusiyaya meşə yanğınlarının söndürülməsi üçün Türkiyəyə göndərdiyi 2 amfibiya təyyarəyə görə minnətdarlığını bildirib. Türkiyə prezidenti meşə yanğınları ilə mübarizənin davam etdiyini bildirib və təyyarələrin sayının ikiqat artırılacağı ilə bağlı gözləntilərini dilə gətirib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərinə yollanıb.
/atributinfo.az/
