Sizin reklam burada
Sizin reklam burada
  • Çin turistlər üçün COVID-19 testi tələbini ləğv edir

    Çin turistlər üçün COVID-19 testi tələbini ləğv edir Atributinfo.az xəbər verir ki, Çin ölkəyə girişdən öncə koronavirus üzrə test tələbini aradan qaldırır.
    Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin bildirib.
    "Avqustun 30-dan etibarən Çinə gələn şəxslərdən ölkəyə daxil olmamışdan əvvəl PCR-test və yaxud antigen testi tələb olunmayacaq", - deyə çinli diplomat bildirib.
    Xatırladaq ki, Çin hakimiyyəti 2023-cü il yanvarın 8-dən ölkəyə gələn şəxslər üçün COVID-19 üçün məcburi karantin rejimini ləğv edib. Çin ərazisinə daxil olmaq üçün yalnız uçuşa 48 saatdan çox olmamaqla mənfi koronavirus testi tələb olunurdu.
    2023-cü ilin yanvarında Çin Xalq Respublikasının Milli Səhiyyə Komissiyası COVID-19-u yoluxucu xəstəliklərin “A” siyahısından çıxarıb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ