Bu barədə Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinin açıqlamasında bildirilib.
Neftin yüksəkkeyfiyyətli olduğu qeyd edilsə də, miqdarı barədə məlumat verilməyib.
Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla fevralın 12-də Misir Beynəlxalq Neft Sərgisi və Konfransındakı çıxışında ölkəsinin neft ixracatının 2022-ci ildə 41 faiz artdığını və 2025-ci ilə qədər 300 təbii qaz və neft quyusu qazmağı planlaşdırdıqlarını qeyd edib.
/atributinfo.az/
