Sizin reklam burada
Sizin reklam burada
  • Çinin Türkiyənin regional və beynəlxalq rolunu dəstəkləyir - XİN

    Atributinfo.az xəbər verir ki, Çin Türkiyənin regional və beynəlxalq arenada mühüm rolunu dəstəkləyir və Türkiyənin daxili işlərinə hər hansı xarici qüvvələrin müdaxiləsinə qarşıdır.
    Bunu Çinin xarici işlər naziri Vanq Yi Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı bildirib.
    "Çin Türkiyədən daha çox keyfiyyətli məhsul idxal etməyə, iki ölkə arasında ticarətdə yerli valyutalardan istifadəni genişləndirməyə, daha çox Çin şirkətini Türkiyədə inkişaf etdirməyə və investisiya qoymağa təşviq etməyə hazırdır”, - deyə Vanq Yi vurğulayıb.
    Qeyd edək ki, Çinin Mərkəzi Komissiyasının direktoru və xarici işlər naziri Vanq Yi 26 iyul tarixində Türkiyəyə rəsmi səfər edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ