Sizin reklam burada
Sizin reklam burada
  • Cənubi Koreyada torpaq 7 nəfəri "uddu"

    Atributinfo.az xəbər verir ki, Cənubi Koreyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 7 nəfər ölüb, 3 nəfər itkin düşüb.
    Bu barədə Yonhap agentliyi məlumat yayıb.
    Ölkə üzrə 1,5 mindən çox insan müvəqqəti dislokasiya məntəqələrinə yerləşdirilib. Çunçonqbukto əyalətində 6400-dən çox sakin təxliyə edilib.
    Koreya Respublikasının Meteorologiya İdarəsinin məlumatına görə, iyulun 13-dən etibarən bir neçə bölgəyə 400 mm-dən çox yağış düşüb.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ