Bu barədə Özbəkistanın İstanbuldakı baş konsulluğundan bildirilib.
"Zəlzələdən zərər çəkənlər üçün Özbəkistan tərəfindən hazırlanan 66 konteynerdən 57-si Hatay şəhərinə gətirilib. Ən qısa zamanda isə ölkəmiz tərəfindən Hatay şəhərində yaşayış evləri, uşaq bağçası və ibtidai məktəb tikintisinə başlanılacaq”, - deyə konsulluqdan bildirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
/atributinfo.az/
