Sizin reklam burada
Sizin reklam burada
  • Pakistanın keçmiş XİN rəhbəri saxlanılıb

    Pakistanın keçmiş xarici işlər naziri və müxalif Ədalət Hərəkatı Partiyasının (ƏHP) sədr müavini Şah Mahmud Qureyşi cümə axşamı saxlanılıb.
    Bu barədə ƏHP-nin mətbuat xidmətindən məlumat verilib.
    "İslamabad polisi Şah Mahmud Qureyşini İslamabaddakı Gilgit-Baltistan regional ofisindən götürdükdən sonra həbs edib", - deyə partiyanın məlumatında bildirilir.
    Qeyd edək ki, çərşənbə günü "Geo-TV" mənbələrə istinadən xəbər vermişdi ki, Qureyşi ictimai asayişin qorunması haqqında qanunu pozduğuna görə 15 sutka həbs edilib. Lakin həmin gün axşam saatlarında siyasətçi "Twitter"də həb edilməsi faktını təkzib etmişdi.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ