Sizin reklam burada
Sizin reklam burada
  • Hindistan aprelin sonuna qədər əhalinin sayına görə Çini keçəcək - BMT

    Hindistan bu həftə əhalinin sayına görə dünya lideri olacaq.
    Bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
    Məlumata əsasən, aprelin sonuna qədər Hindistan əhalisinin sayı 1,425 milyarda (Çin əhaləsinin sayı - red.) çatacaq və dərhal onu keçəcək.
    BMT-nin Əhali Fondunun (UNFPA) keçən həftə açıqladığı 2023-cü il Dünya Əhali Hesabatı Hindistanın bu ilin ortalarına qədər əhalisinin sayına görə təxminən 2,9 milyon nəfərlə Çini keçəcəyini göstərib.
    BMT-nin məlumatına görə, 2022-ci il noyabrın ortalarında dünya əhalisinin sayı 8 milyard nəfəri keçib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ