O, fevralın 3-də "Twitter"də "Gec ya tez bu bölgələrdə (Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələ olacaq", - deyə paylaşım edib. Hoogerbeetsin bu paylaşımı 3 gün ərzində 5 milyona yaxın baxış toplayıb.
Kahramanmaraş zəlzələsindən sonra Frankın bu paylaşımı sosial mediada böyük əks-səda yaradıb.
Təəssüflə eyd edək ki, aldığımız məlumata görə Malatyadakı zəlzələ nəticəsində dörd azərbaycanlı tələbənin dağıntılar altında qaldığı deyilir. Bunlar Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir. Qeyd olunur ki, onlar İnönü Universitetində oxuyan tələbələrdir. Kahramanmarşdakı tələbələr Nərgiz və Günel Qayıbova bacılarından isə məlumat yoxdur.
Bəradər
"Atributinfo.az"
