Sizin reklam burada
Sizin reklam burada
  • Mərkəzi Afrika Respublikasında BRICS Qrupunun regional qərargahı açılacaq

    Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə yaxın zamanda BRICS Qrupunun regional qərargahı açılacaq.
    Bu barədə BRICS-in Mərkəzi və Qərbi Afrikadakı nümayəndəsi Hua Don Melloya istinadən "Ndeke Luka" radiostansiyası məlumat yayıb.
    "Banqid bütün Mərkəzi Afrika üçün BRICS-in paytaxtı olmalıdır. Vəzifə Mərkəzi Afrika Respublikası və region ölkələrinin BRİKS ilə arasında investisiya və əməkdaşlıq proqramını hazırlamaqdır", - deyə nümayəndə bildirib.
    O vurğulayıb ki, bu proqramın əsas müddəaları BRICS Qrupu ilə sonrakı koordinasiya üçün Mərkəzi Afrika Respublikası hökuməti tərəfindən mümkün qədər tez hazırlanacaq.
    "Hesab edirik ki, energetika proqramın əsas elementinə çevrilməlidir. Onsuz nə sənaye, nə də xidmət sektoru mövcud ola bilməz", - deyə nümayəndə əlavə edib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ