Sizin reklam burada
Sizin reklam burada
  • Venesuelada güclü yağışlar və torpaq sürüşmələri nəticəsində onlarla insan ölüb

    Venesuelada güclü yağışlar və torpaq sürüşmələri nəticəsində onlarla insan ölüb Venesuelanın şimalındakı Las-Texerias şəhərində güclü yağışlar nəticəsində azı 36 nəfər ölüb, 56 nəfər itkin düşüb.
    Bu barədə İspaniyanın "RTVE" televiziya və radio şirkəti bildirib.
    Məlumata əsasən, güclü yağışlara görə çaylarda suyun səviyyəsi artıb ki, bu da sürüşmə və daşqınlara səbəb olub. Qeyd olunub ki, su axınları evləri və küçə mebellərini aparıb, qarşına çıxan hər şeyi məhv edib. Əkinlərə ziyan dəyib, su təchizatı kəsilib.
    Ölkədə üç günlük matəm elan edilib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ