Sizin reklam burada
Sizin reklam burada
  • Putin Tokayevlə görüşəcək

    Putin Tokayevlə görüşəcək Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Soçidə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə görüşəcək.
    Bu barədə "İnterfaks"a istinadən xəbər verilir.
    “Ən yüksək səviyyədə müntəzəm dialoqun davamı olaraq, Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.
    Bundan əlavə, mətbuat xidmətinin məlumatına görə, “inteqrasiya birlikləri, o cümlədən Qazaxıstanın bu il sədrlik etdiyi Müstəqil Dövlətlər Birliyi çərçivəsində ikitərəfli əməkdaşlıq məsələsinə toxunulacaq”.
    Öz növbəsində, Qazaxıstan prezidentinin mətbuat xidməti bildirib ki, Putin və Tokayev arasında görüş zamanı “Qazaxıstan-Rusiya strateji tərəfdaşlığının aktual məsələləri, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı müzakirə olunacaq”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ