Sizin reklam burada
Sizin reklam burada

Yeni Zelandiyada kimyəvi hücum təhlükəsi səbəbindən 80 nəfər təxliyə edilib

Yeni Zelandiyada kimyəvi hücum təhlükəsi səbəbindən 80 nəfər təxliyə edilib Yeni Zelandiyanın Levin şəhərinin 80-dən çox sakini partlayış və kimyəvi hücum təhlükəsi ilə əlaqədar evlərindən təxliyə olunub.
Şəhərin evlərindən birində cinayətkar kimyəvi maddələri partlatmaqla sakinləri hədələyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlıqdakı ərazilərin sakinlərini təxliyə etmək qərarına gəliblər.
Polis müfəttişi Sarah Stüart deyib: "Polis əməkdaşları vəziyyəti həll etməyə çalışır, lakin bizim prioritetimiz insidentdə iştirak edənlərin hamısının təhlükəsizliyidir".
Daha 40 sakin mümkün təcili təxliyə ilə bağlı xəbərdarlıq edilib. Hadisənin baş verdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ