Çexiyada sərnişin qatarı qəzaya uğrayıb, ölən və yaralanan var
Dünya
27-06-2022, 09:15
345
Çexiyanın şimal-şərqindəki Boqumin şəhərində sürətli sərnişin qatarı qarşıdan gələn boş vaqonla toqquşub. Hadisə nəticəsində sərnişin qatarının maşinisti həlak olub. Bir sərnişinin xəsarət aldığı deyilir. Xəsarət alan sərnişin xəstəxanaya yerləşdirilib. Yerli polis qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlayıb.