Sizin reklam burada
Sizin reklam burada
  • İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmə olub, ölən var

    İranda saxta spirtli içkilərdən kütləvi zəhərlənmə olub, ölən var İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Meşkinşəhr rayonunda saxta spirtli içkilərdən istifadə olunması nəticəsində 30 nəfər zəhərlənib, 1 nəfər ölüb.
    Bunu İranın Ərdəbil vilayəti fövqəladə hallar üzrə mərkəzinin direktoru Məcid Məhəmməd Qəribani deyib.
    M.Qəribaninin sözlərinə görə, onlardan 11 nəfəri xəstəxanadan evə buraxılıb, 19 nəfər isə Ərdəbilin iki xəstəxanasındadır. 3 nəfər isə reanimasiya şöbəsindədir.
    İlkin məlumatlara əsasən, hadisə ad günü şənliyində baş verib və zəhərlənənlər 20-40 yaş aralığında şəxslərdir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ