Sizin reklam burada
Sizin reklam burada
  • Qırğızıstan-Tacikistan sərhədində atışma olub

    Qırğızıstan-Tacikistan sərhədində atışma olub Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli sahələrinin birində atışma baş verib.
    Bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti bildirib.
    Məlumatda bildirilir ki, martın 10-da səhər saatlarında tərəflər arasında odlu silahlardan istifadə olunmaqla insident baş verib. Xəsarət alanların olmadığı deyilir.
    İnsidentdən sonra Qırğızıstan və Tacikistan rəsmiləri arasında danışıqlar keçirilib.
    Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasında sərhəd bölgəsində ötən ilin aprelində və bu ilin yanvarında genişmiqyaslı toqquşmalar qeydə alınmışdı.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ