Sizin reklam burada
Sizin reklam burada
  • Sülhməramlıların Qazaxıstanı tərk edəcəyi vaxt açıqlandı

    Sülhməramlıların Qazaxıstanı tərk edəcəyi vaxt açıqlandı KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyası uğurla başa çatıb.
    Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev parlamentin iclasında deyib.
    Onun sözlərinə görə, qoşunların mərhələli şəkildə çıxarılması bu il yanvarın 13-dən başlayacaq və təxminən 10 gün çəkəcək.
    Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanın bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb. Bir neçə gün ərzində onlar ölkənin bir çox şəhərlərində iğtişaşlara və dövlət orqanlarına hücumlara çevrilib. Prezident Kasım-Jomart Tokayev vəziyyətlə bağlı yanvarın 5-də KTMT-yə müraciət edib və KTMT-nin sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıblar.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ