Sizin reklam burada
Sizin reklam burada
  • Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var

    Haitidə silahlı şəxslər iki avtobusa hücum ediblər, ölənlər var Haitinin paytaxtı Port-o-Prensdə iki sərnişin avtobusuna silahlı hücum olunub.
    "Haiti24" portalının verdiyi məlumata görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
    Hücumların kimlər tərəfindən təşkil edildiyi barədə məlumat verilmir.
    Qeyd edək ki, BMT agentlikləri iyulun 7-nə keçən gecə prezident Jovenel Moizin öldürülməsindən və avqustda 2,2 mindən çox insanın ölümü ilə nəticələnən zəlzələdən sonra Haitidə təhlükəsizlik və humanitar sahələrdə vəziyyətin pisləşdiyini bildirir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ