Sizin reklam burada
Sizin reklam burada
  • Hindistan baş nazirinin təyyarəsi son üç ildə ilk dəfə Pakistanın hava məkanına buraxılıb

    Hindistan baş nazirinin təyyarəsi son üç ildə ilk dəfə Pakistanın hava məkanına buraxılıb Hindistanın baş naziri Narendra Modinin təyyarəsinə son üç il ərzində ilk dəfə Pakistanın hava məkanı üzərində uçuş icazəsi verilib.
    ABŞ-a səfərə gedən baş nazirin olduğu təyyarə Pakistan üzərindən keçib.
    Qeyd edək ki, rəsmi İslamabad 2019-cu ildən başlayaraq Hindistan rəsmilərinin təyyarələrini öz hava məkanına buraxmayıb. Buna səbəb Hindistanın Cammu və Kəşmir ştatının statusunu dəyişməsi olub.
    Bu müddət ərzində baş nazir N.Modinin və prezident Ram Nath Kovindhin təyyarələrinə Pakistan üzərindən uçmasına icazə verilməyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ