Hadisə canlı yayın vaxtı baş verib.
Trampın diqqətini mətbuat konfransının əvvəlində təhlükəsizlik işçisi çəkir.
Daha sonra o, prezidentin qulağına nə isə dedikdən sonra ABŞ-ın dövlət başçısı mühafizəçiləri ilə birlikdə konfransın keçirildiyi ərazini tərk ediblər.
Daha sonra jurnalistlərin qarşısına çıxan Tramp bunları deyib: "Ağ Evin yaxınlığında atışma baş verib. Məxfi xidmətə təşəkkür edirəm. Bir nəfər yaralanıb və o, xəstəxanaya aparılıb. Vəziyyəti barədə məlumatsızam”.
