Sizin reklam burada
Sizin reklam burada
  • Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb

    Özbəkistanda koronavirusa yoluxanların sayı 55-ə çatıb Özbəkistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 6 nəfər artıb. Ümumilikdə isə, bu xəstəliyə yoluxanların sayı 55-ə çatıb.
    Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidməti xəbər yayıb ki, ölkədə COVID-19 ilk dəfə martın 15-də Parisdən Daşkəndə gələn Özbəkistan vətəndaşında aşkar olunub. On gün ərzində koronavirusa yoluxanların sayı 55-ə çatıb və hər gün artır. Son 24 saat ərzində bu xəstəlik koronavirusa yoluxanlarla heç bir əlaqəsi olmayan bir qızda da aşkarlanıb.
    Koronavirusa yoluxanlar Elmi-Tədqiqat Virusologiya İnstitunun klinikasında müalicə alırlar. Virusa yoluxanlar arasında ölənlər yoxdur.
    Qeyd edək ki, Özbəkistanda 12,7 min adam karantindədir. Onların 7,4 mini xəstəxanalarda, qalanları isə ev şəraitində karantinə alınıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ