Sizin reklam burada
Sizin reklam burada
  • Qırıcı təyyarə mülki aeroporta məcburi eniş edib

    Qırıcı təyyarə mülki aeroporta məcburi eniş edib Martın 12-də Yaponiya hərbi-hava qüvvələrinə məxsus çoxməqsədli "F-4” qırıcısı Komatsu mülki aeroportuna məcburi eniş edib.
    Hadisə nəticəsində pilotlar xəsarət almayıb. Qırıcı təyyarənin Yapon dənizi üzərində keçirilən təlimlərdə iştirak etdiyi bildirilir. Uçuş zamanı təyyarənin mühərrikində problem yaranıb. Məcburi eniş zamanı aeroportun uçuş-enmə zolağı müvəqqəti bağlanıb ki, bu da sərnişin təyyarələrinin uçuş cədvəlində problemlər yaradıb.
    Yaponiya hərbi-hava qüvvələrində ABŞ-ın "McDonnel Douglas” şirkəti tərəfindən istehsal edilmiş yetmişə yaxın "F-4” qırıcısının olduğu bildirilir. Bu təyyarələr də bir neçə dəfə modernləşdirilib. Hazırda həmin qırıcıların "Lockheed Martin” şirkətinin istehsalı olan "F-35 Lightning” yeni hərbi təyyarələri ilə dəyişdirilməsinə başlanılıb.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ