Sizin reklam burada
Sizin reklam burada
  • Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir

    Vəkillər Kollegiyasının təşkilatçılığı ilə Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransı - "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir.

    Beynəlxalq tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən 80-dən çox gənc vəkil və hüquqşünas Bakıda bir araya gəlib.

    Gənc vəkillər konfransda vəkillik peşəsinin inkişafı, hüquq sahəsində müasir çağırışlar və peşənin gələcəyi ilə bağlı fikir və təcrübə mübadiləsi aparacaqlar.

    Konfransın əsas müzakirə mövzularını süni intellekt, məlumatların mühafizəsi və rəqəmsal hüquqlar sahəsində baş verən son yeniliklər, habelə bu istiqamətdə formalaşan müxtəlif yanaşmalar təşkil edəcək.




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ