Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru, professor
Bu gün bütün dünyada Bitki Mühafizəsi milli təhlükəsizlik amili kimi qəbul edilir, çünki müxtəlif xəstəlik törədiciləri, zərərvericilər, alaq otları, digər bir sıra zərərverən orqanizmlər sanki bizlə şərikdirlər, dünyanın hətta inkişaf etmiş ölkələrində belə 40%- ə qədər məhsul qeyd etdiyimiz zərərverən orqanizmlər tərəfindən itkiyə gedir. Bu baxımdan bitki xəstəlikləri də böyük bir elm sahəsi olaraq bitki mühafizəsinin tərkib hissəsidir. Xoşbəxtlikdən Kənd təsərrüfatı institutunun “ Bitki mühafizəsi” ixtisasını bitirmiş, namizədlik və doktorluq dissertasiyalarım da bitki mühafizəsini əhatə edir. Tələbəlik illərində bitki mühafizəsi üzrə nəşr edilən kitab çatışmazlığından çox əziyyət çəkirdik. Özümə söz verdim ki, qismən də olsa bu boşluğu dolduracam, sözümün sahibi oldum, bitki xəstəlikləri ilə bağlı 7 ədəd dərslik və dərs vəsaitləri yazdım, bu kitablar 156,5 çap vərəqi, 2504 səhifədən ibarətdir. Nəzərə alsaq ki, dünyanın bir çox ölkələrində dərc edilən 200- ə qədər də elmi məqalələr, patentlər, müəlliflik şəhadətnamələri var, onda təsəvvürümüzdə gözəl bir fikir formalaşa bilər. Bu gördüyümüz işlərin bir qismidir, zamanla digər məlumatları da Sizlərlə bölüşəcəm. Hər kəsə uğurlar!
