Tamaşa Vaqif İbrahimoğlu tərəfindən 2009-cu ildə qurulub və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. “Yuğ” Teatrının qurucusu 2011-ci ildə vəfat edib. İfaçılar dəyişsə də, interpretasiya prinsipləri mümkün qədər qorunub saxlanılıb.
Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Günay Səttar, quruluşçu rəssamı Rəşid Şərif, rəssamı Umay Həsənova, rejissor köməkçisi Günel Səfərovadır.
Tamaşada rolları Təranə Ocaqverdiyeva, Nigar Mürsəl, Ləman Marrix, Amid Qasımov, Elgün Həmidov, Elşən Əsgərov, Raqib Allahquliyev, Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Günəş Tegin, Murad Fərzəliyev ifa ediblər.
Tamaşada Pyotr Çaykovskinin “Fəsillər” fortepiano silsiləsindən “May”, “Oktyabr” və “Dekabr” partiyalarından istifadə olunub.
