Sizin reklam burada
Sizin reklam burada
  • "Gənclərimiz yalnız biliklə deyil, eyni zamanda milli və mənəvi dəyərlərlə də silahlanmalıdır"- Ceyhun Məmmədov

    "10 mart tarixində Bakı Konqres Mərkəzində “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı məlumatlandırma sessiyasında iştirak etdik."

    Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

    Deputat:
    "Çıxışımda qeyd etdim ki, bu gün cəmiyyətimizin qarşısında duran ən önəmli məsələlərdən biri maarifləndirmə işidir. Xüsusilə gənclərin təhsil imkanları, dövlət proqramları və onlara təqdim olunan fürsətlər barədə məlumatlandırılması böyük əhəmiyyət kəsb edir.

    Eyni zamanda vurğuladım ki, dövlətimiz təhsil sahəsinə böyük diqqət və qayğı göstərir. Biz bunu müxtəlif istiqamətlərdə açıq şəkildə görürük. Son illərdə cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında yeni ali təhsil müəssisələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və təhsilin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb.

    Qeyd etdim ki, gənclərimiz yalnız biliklə deyil, eyni zamanda milli və mənəvi dəyərlərlə də silahlanmalıdır. Bu baxımdan, təhsildə həm qlobal təcrübənin, həm də milli ənənələrin inteqrasiyası onların gələcəkdə cəmiyyətə faydalı vətəndaş kimi yetişməsini təmin edəcək."

    Ceyhun Məmmədov həmçinin bildirib ki,
    diqqətə çatdırdım ki, maarifləndirmə və təhsil təşəbbüsləri gənclərin innovativ ideyalarını, sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə, onların yaradıcı potensialını reallaşdırmağa da imkan yaradır. Dövlət tərəfindən təqdim olunan proqramlar və layihələr gənclərin öz güclərinə inamını artırır və onları müasir dünyada rəqabətə hazırlayır. - Deputat deyib.

    Son olaraq qeyd etdim ki, maarifləndirmə, şəffaflıq və bilik paylaşımı prinsiplərinə əsaslanan belə təşəbbüslər cəmiyyətimizin davamlı inkişafı üçün təməl rolunu oynayır. Gənclərin maarifləndirilməsi yalnız onların fərdi inkişafını təmin etmir, həm də ölkəmizin sosial-iqtisadi tərəqqisinə böyük töhfə verir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ