Bunu Xalq artisti Nurəddin Mehdixanlı bildirib.
Operada Salnaməçi rolunu ifa edən sənətkar gənclərin bu sahəyə maraq göstərməsini yüksək qiymətləndirib.
Xalq artisti deyib: “Bu gün Azərbaycan gənclərinin milli mədəniyyətimizə, ədəbiyyatımıza, sözümüzə, şeirimizə və opera sənətinə maraq göstərməsi çox gözəldir. Bu mədəniyyəti yaradan onların əcdadlarıdır. Əgər gənclər öz əcdadlarının mirasına sahib çıxırlarsa, bu, çox gözəl və sevindirici haldır”, – deyə o vurğulayıb.
