Sizin reklam burada
Sizin reklam burada
  • İbrahim Cəfərov yüksək mükafata layiq görülüb

    İbrahim Cəfərov yüksək mükafata layiq görülübBitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov Qazaxıstan Respublikası Milli Aqrar Elmlər Akademiyasının Xarici Üzvü fəxri adına layiq görülüb!
    "Atributinfo.az" xəbər verir ki, 2024-cü il 31 may tarixində Milli Aqrar Elmlər Akademiyasının üzvlərinin Ümumi Yığıncağı, və 2024-cü il 18 iyun tarixində Akademiyanın Rəyasət Heyətinin Genişləndirilmiş iclasının yekdilliklə qəbul edilən qərar nəticəsində Professor İbrahim Cəfərov “Fitosanitariya və Aqrokimya” şöbəsinin Xarici Üzvü seçilmişdir.
    Bu böyük fəxri ad yalnız Professor Cəfərovun bitki mühafizəsi və aqrar elmlər sahəsindəki elmi fəaliyyətini tanımaqla kifayətlənmir, eyni zamanda Azərbaycan elminin dünya elmi arenasında yüksələn mövqeyini daha da möhkəmləndirir.
    Professor Cəfərovun seçilməsi həm də Azərbaycan və Qazaxıstan arasında elmi əlaqələrin inkişafına, bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə yeni imkanlar açır. Bu uğur, gənc alimlər üçün də ilhamverici nümunə olmaqla, onların beynəlxalq səviyyədə fəaliyyət göstərmək arzusunu gücləndirir.

    P.S. Biz də "atributinfo.az"-ın yaradıcı kollektivi adından hörmətli aydinımız, akademik İbrahim Cəfərovu bu ali mükafata münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar, həyatda möhkəm can sağlığı arzulayırıq!

    Bəradər Səməndərli
    "Atributinfo.az"



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ