Sizin reklam burada
Sizin reklam burada
  • Deputat Səyyad Aran və Əziz Ələkbərli Saatlıda iftar süfrəsində iştirak edib

    Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi – MÜSİAD-in Azərbaycan filialı Saatlı rayonunda şəhid, qazi ailələri və rayonda yaşayan Axısqa türkləri ailələri üçün iftar təşkil edib. İftar mərasimində, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Səyyad Aran, Əziz Ələkbərli, YAP-ın Saatlı rayon təşkilatının sədri Elşən Əzizov, MÜSİAD Azərbaycanın idarə heyətinin sədri Fuat Kayhan, şəhid ailələri, qazilər və digər rəsmi şəxslər iştirak edib.

    "Atributinfo.az" xəbər verir ki, mərasimdən öncə Ulu Öndər Heydər Əliyevin Saatlı rayonunun mərkəzindəki heykəlinin, həmçinin qəhrəman şəhidlərimizin xatirəsini əks etdirən abidə kompleksinin önünə tər güllər düzülüb və dualar oxunub. Daha sonra tədbir iştirakçıları birlikdə iftar açıblar. Rəsmilər iftar süfrəsində iştirak edən şəhid ailələri, qazilər və axısqa türkləri ilə səmimi söhbət edərək onların qayğıları ilə maraqlanıblar.

    Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün başda olmaqla rəsmilər şəhid leytenant Nəciyev Xalid Qabil oğlunun ailəsini evində ziyarət edərək onun keçdiyi şərəfli həyat və döyüş yolu haqqında məlumat əldə ediblər. Onlar şəhidin valideynlərinə başsağlığı diləklərini çatdırıblar.

    Bəradər Səməndərli
    "Atributinfo.az"






    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ