Tələbələr öncə Mərkəzin fəaliyyəti ilə tanış oldular. Dərnək üzvlərinin əl işləri və rəsmlərinə baxış keçirdilər.
İlk olaraq qonaqları tədbir iştirakçılarına təqdim edən şöbə müdiri Cəmilə İsmayılova “2026 - Memarlıq və Şəhərsalma İli” haqqında məlumat verdi. Sonra Azərbaycan memarlığı haqqında videoçarx nümayiş olundu.
Daha sonra tədbirin qonağı olan AzMİU-nun Memarlıq və Şəhərsalma fakültələrinin IV kurs tələbələri – Abdulhüseynli Aytac, Quliyev Röyal və Səfərova Zaida müasir memarlıqdan ətraflı məlumat verərək, özlərinin tələbə həyatından, Universitetdə dərslərin müasir dövrün tələblərinə cavab verdiyindən bəhs etdilər. Dərnək üzvlərinin müxtəlif səpgili sullarına tələbələrin elə uşaqların başa düşəcəyi tərzdə də ətraflı cavab vermələri, eləcə də Mərkəzin əməkdaşları – AzMİU-nun məzunları Esmira xanımın və Hüseynbala müəllimin hazırki məzunlarla birgə iştirakı tədbirin maraqlı keçməsinə səbəb oldu.
Tədbirdə iştirak edən "2 nömrəli UGİM" PHŞ-nin direktor müavini Esmira Rustamova Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəhbərliyinə Mərkəzlə əməkdaşlıq etdiklərinə görə təşəkkürünü bildirdi. Bu görüşlərin uşaqların dünya görüşünə müsbət təsirindən danışdı və gələcəkdə də belə görüşlərin keçirilməsini tövsiyə etdi.
Mərkəzin Rəsm dərnəyinin rəhbəri Hüseynbala Qasımov memarlıq haqqında qısa məlumat verərək, memar olmaq üçün hansı bilik və qabiliyyətə malik olmağın vacibliyindən danışdı.
Mərkəzin dərnək üzvlərinin geniş marağına səbəb olan tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatdı.
/atributinfo.az/
