Bu barədə BMU-dan bildirilib. Rektor Yaqub Piriyev qonaqlara BMU-nun tarixi, təhsil proqramları, texnoloji ixtisasları, beynəlxalq əməkdaşlıq istiqamətləri və həyata keçirilən elmi layihələr barədə məlumat verib.
Görüşdə, həmçinin Bolqarıstan Milli Elmlər Akademiyası və Hərbi Dəniz Akademiyası, Azərbaycan Milli Müdafiə Universiteti və BMU əməkdaşları tərəfindən NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm (Science for Peace and Security (SPS)) proqramı çərçivəsində yerinə yetirilən layihə barədə müzakirələr aparılıb. Bolqarıstanın bu qurumları ilə BMU-nun gələcəkdə təhsil və elmi araşdırmalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Əməkdaşlığın təhsil, tədqiqat layihələri, mübadilə proqramlarının icrası, elmi və müdafiə sahəsində araşdırmaların ortaya qoyulması baxımından faydalı olacağı qeyd edilib.
Bolqarıstan nümayəndələri BMU-nun müasir təhsil infrastrukturu, beynəlxalq əlaqələri barədə müsbət fikirlərini bölüşüb, gələcək əməkdaşlığa maraqlarını ifadə ediblər.
Sonda qonaqlar BMU-nun elmi və tədris-metodiki laboratoriyaları ilə tanış olublar.
