Bunu Milli Məclisin deputatı, MCP sədri Razi Nurullayev özünün feysbuk səhifəsində paylaşıb. O, əlavə edib ki, Məhəmməd balaya xəstəxanada baş çəkdim və gördüklərimdən çox mütəəssir oldum. Anası və atası çox narazılıq edir ki, qəzanı törədən heç maraqlanmayıb da. Dediklərinə görə qəza yerindən də qaçıb. Çox təəssüf. Belə etinasızlıq olarmı?
"Valideynlər cəm olaraq mənə məktub yazıb kömək istəyiblər və görüş tələb edirlər. İmişliyə də gedib onlarla görüşəcəm. Məni susqunluqda da ittiham edirlər. Amma, bu yanlışdır. Mən heç bir ədalətsizliyə susqun qalmamışam və bu məsələdə də həqiqətin üzə çıxması üçün hər şeyi edəcəyik."- Razi Nurullayev paylaşımda bildirib.
"Atributinfo.az"
