Sizin reklam burada
Sizin reklam burada
  • Doğum gününüz mübarək hörmətli Arzu müəllim!

    Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri, hörmətli Arzu müəllim Nağıyevin dünyaya təvəllüd tapdığı əlamətdar gündür.
    Damarlarında dövlətçilik, xəlqilik, torpağa, Vətənə, millətə bağlılıq qanı axan bu insanın dünyaya gəlişi sanki, Allahın yer üzünə insanlıq adında bir hikmətdir, bəşəri hədiyyəsidir.
    Arzu müəllim sözün əsl mənasında KİŞİLİK məktəbidir. O, hər kəslə öz dili ilə danışmağı bacaran mükəmməl xarakterli, nəcib ürəkli, sadə və səmimi, dostcanlı alicənab insandır.
    Hörmətli Arzu müəllim, Sizi başçılıq etdiyim "Atribut" qəzeti və "atributinfo.az" saytının yaradıcı kollektivi adından dünyaya vəsiqə aldığınız bu əlamətdar, tarixi gün münasibətilə ürəkdən təbrik edir, yeni yaşınızda və şərəfli fəaliyyətinizdə yeni-yeni uğurlar, möhkəm can sağlığı arzulayıram! Nə yaxşı ki, doğulmusuz, nə yaxşı ki, varsız və daim var olasız!

    Hörmətlə:
    Bəradər Səməndərli
    Baş redaktor

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ