Elvin Paşayev, bəlkə də dünyaya Allahın sevib seçdiyi bəndəsi kimi doğulub və elə bunun nəticəsidir ki, İlahi müsbət xüsusiyyətlərin, insani dəyərlərin, elitar imkanların, bəşəri münasibətlərin heç birini ondan əsirgəməyib. Bu insan hər kəsin sevimlisidir, elə dövlət rəhbərimizin də. Məhz onun dövlət, millət, Vətən, Torpaq qarşısında xidmətlərini nəzərə alaraq dəfələrlə ən ali mükafatlara layiq görüb. Hazırda Göygöl rayonunun icra hakimiyyəti başçısı vəzifəsini ləyaqətlə, vicdanla, sevgi ilə yerinə yetirən, bu milli-mənəvi yükü çiyinlərində qürur hissi ilə, qurub-yaratmaq eşqi ilə daşıyan Elvin Paşayev ilə tarixin bu günü - 27 iyul 1983-cü ildə dünyaya vəsiqə alıb.
Nə xoş ki, bu cür xarizmatik Vətən oğlu doğulub. Təkcə Göygöllülərin deyil, onu tanıyan hər kəsin qəlbində uçulmaz, dağılmaq əbədi qala qurub bu insan. Onun üzünün nuru isə elmindən, helmindən və doğru-dürüst Allah adamı olmasından irəli gəlir.
Elvin Paşayev sadalanan pozitiv xüsusiyyətlərlə yanaşı, gözəl, qayğıkeş rəhbər olmaqla yanaşı, həm də nümunəvi ailə başçısıdır.
Hörmətli Elvin müəllim, mövludunuz mübarək. Sizə yeni yaşınızda həyat və fəaliyyətinizdə daha böyük uğurlar, nailiyyətlər, möhkəm can sağlığı, ailə səadəti arzulayıram!
Hörmətlə Bəradər Səməndərli
"Atributinfo.az"
