Bu barədə DİM-dən məlumat verilib.
Görüşdə Seymur Hüseynovun fərdi inkişaf proqramı əsasında cəlb olunduğu DİM-in layihələri haqqında danışılıb və fikir mübadiləsi aparılıb. Məleykə Abbaszadə proqramlaşdırma, proseslərin avtomatlaşdırılması və innovativ inkişaf sahəsində qalibin suallarını cavablandırıb və tövsiyələrini verib.
Qeyd edək ki, Seymur Hüseynov Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə ilə birillik Mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçir.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
