Bu müqəddəs peşə sahibləri – sizlər qaranlıqda işıq, haqsızlıq qarşısında vicdan, susqunluqda səs, qorxuda cəsarətsiniz. Siz qələminizi silah etməyən, vicdanını satmayan, həqiqətə sədaqətlə xidmət edən əsl mətbuat əsgərlərisiniz.
İstər müharibə meydanında, istər tribunada, istər studiyada – siz həmişə cəmiyyətin aynası, zamanın salnaməçisisiniz.
Qələminiz iti, sözünüz dürr olsun!
Həqiqətin yolunu aydınlatmaqdan əsla vaz keçməyin!
Mətbuat bayramınız mübarək olsun!
Cəmilə ÇİÇƏK
Zekainfo.az saytının rəhbəri, QHT sədri
