Əlimuxtar Muxtarov
AMEA Gəncə bölməsi, Nizami Gəncəvi Mərkəzinin direktoru
Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu gün imzaladığı müvafiq Sərəncamla əzizmiz Nüşabə xanımı 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi münasibətilə ürəkdən təbrik edir, möhtərəm Prezidentimizə dərin minnətdarlığımızı bildiririk!
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” poemasındakı Nüşabə obrazı Azərbaycan türk qadınının əsrlərlə formalaşmış ənənəvi keyfiyyətlərinin təcəssümüdür. Nüşabə obrazı yalnız bir gözəllik simvolu deyil, eyni zamanda müdrik, cəsur və vətəninə sadiq Azərbaycan xanımıdır… Təsadüfi deyildir ki, Nizami Gəncəvinin Nüşabəsi həm dahi mütəfəkkirin mənsub olduğu Azərbaycan xalqının, həm də dünya xalqlarının yaddaşında məhz bu mübarizliyi ilə qalmışdır:
Erkək tinətliyəm olsam da qadın,
Hər işi bəllidir mənə dünyanın.
Mən də bir aslanam, düşünsən bir az,
Aslanın erkəyi, dişisi olmaz…
Möhtərəm Prezidentimizin söylədiyi: “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyinin və istedadının təzahürdür” fikri də məhz bu amala əsaslanır ki, əsrlər keçsə də dahi mütəfəkkirin mənsub olduğu Azərbaycan xalqı onun müdrikliyini yaşadır, gələcək nəsillərə ötürür.
Nizami Gəncəvinin sahib olduğu müdrikliyi bu gün daşıyanlardan biri də böyük azərbaycanlı dahinin həmyerlisi Nüşabə Əsəd Məmmədli xanımdır!
Müdriklik yaşla deyil,həyat, düşüncə tərzi və həyat anlayışı ilə qazanılan yüksək mənəvi keyfiyyətdir.
Müdriklik yalnız bilik sahibi olmaq deyil, həm də bu biliyi doğru zamanda, düzgün şəkildə tətbiq etmə bacarığıdır. Müdrik insan həyatı dərindən dərk edən, hadisələrə səthi yox, dərinliklə baxa bilən, başqalarının fikrinə hörmətlə yanaşan və ədalətli qərarlar verə bilən şəxsdir.
Yaşla bağlı olmyan müdriklik Nüşabə xanımın ömrünün, həyatının bütün mərhələlərində onla bərabər addımlamışdır.
Nüşabə xanımın həyatında sevincli, fərəhli günlər çox olub..Onalrdan xüsusilə ikisini qeyd etmək istəyirəm. Birincisi Gəncənin adının özünə qayatrılması olmuşdur ki, bu haqda özü ona həsr edilən verilişdə hörmətli Mübariz müəllimə, dəyərli tamaşıçılara danışacaq…
Digər sevincli an isə 44 Günlük Vətən Müharibəsindəki qələbəmiz olmuşdur…
Heç unutmaram dediyi sözü: “Var olsun Ali Baş Komandan, qəhrəman ordumuz, əziz şəhidlərimiz, qazilərimiz xalqımızın əyilmiş qəddini dirçəltdilər”!
Heç vaxt unudulmayacaq verilişə görə də təşəkkür edirik, hörmətli Mubariz Askerov müəllim!
Əziz Nüşabə xanım, çox yaşayın!
Qeyd: Bu yazını bu gün 17:00-da yekunlaşdırdıqdan bir az sonra gündəlik xəbərləri izləməyə keçdim. Və 17:30-da oxuduğum ilk xəbər möhtərəm Prezidentimizin Sərərəncamı oldu! Əlbəttə ki, çox sevindim!
Sonda bu təltif edilən bütün media nümayəndələrini ürəkdən təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!

