Dəyirmi masa Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Tədbirin aparıcısı, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, filologiya üzrə fəlsəfə doktou, dosent Əlimuxtar Muxtarov ”Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” ölkə başçısının Sərəncamını tariximizdə və mədəniyyətimizdə xidmətləri olan şəxsiyyətlərin irsinə böyük diqqətin nümunəsi kimi dəyərləndirib. O, dəyirmi masa iştirakçılarına Bölmənin sədri, Əməkdar elm xadimi, akademik Fuad Əliyevin salanlarını və uğur diləklərini çatdırıb.
Tədbirin məruzələrinin dinlənilməsi zamanı Ə. Muxtarov həmçinin “Nizami Gəncəvinin musiqi dünyasının Üzeyir Hacıbəyli yaradıcılığında təcəssümü” mövzusu üzrə məruzə edib. Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Samirə Qasımova “Görkəmli bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan xalqının milli oyanış və milli özünədərk tarixində xidmətləri”, GDU-nun nəzdində Regional Kollecin müəllimlərindən - bəstəkar, Respublikanın əməkdar artisti Məmməd Cəfərov “Üzeyir Hacıbəyli Ensiklopediyası” və musiqişünas Gülər Hüseynova “Üzeyir Hacıbəyli yaradıcılığında romans-qəzəl janrı” mövzuları üzrə çıxış ediblər.
İştirakçılar məruzələr ətrafında, həmçinin maraqlandıqları məsələlər barədə fikirlərini bölüşüblər.
Dəyirmi masanın musiqili qonaqları - Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimi Vüsal Namazov (tar), eləcə də tələbələrdən Nurlan Hüseynzadə (kaman) və Azər Verdiyev (xanəndə) öz ifaları ilə tədbirə xüsusi ovqat bəxş ediblər.“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib.
"Atributinfo.az"
