Sizin reklam burada
Sizin reklam burada
  • Bu yüksək qayğıya görə həmin kollektivə öz təşəkkürümü bildirirəm

    Hazırda respublikamızda tibb sahəsi durmadan inkişaf edir. Vətəndaşlarımız bu inkşafdan yararlanaraq müalicə olunurlar. Onu da qeyd edim ki, müalicə üçün kifayət qədər tibbi avadanlıqlar alınmışdır. Dövlət tibb müəssisələri ilə yanaşı, müassir özəl klinikalar xüsusi ilə fərqlənir. Belə klinikalardan biri Bakı şəhərində yerləşən Mərcan klinikasıdır.

    Bu klinikada demək olar ki, vətəndaşı müayinə etmək üçün zəruri olan bütün müasir tibb avadanlıqları mövcuddur. Burada çalışan həkimlər yüksək savada, intellektual bacarıq və biliyə malikdirlər. Mən özüm şəxsən həmin klinikada əməliyyat olundum və əməliyyat çox uğurla bitdi. Əməliyyatın növü prostat vəzinin şişkinləşməsi idi.

    Onu da qeyd edim ki, mən həmin klinikaya müraciət etməmişdən əvvəl bu sahədə ixtisaslaşdırılmış Urologiya dövlət xəstəxasına müraciət etmişdim amma bu xəstəxanada əməliyyat olunmağıma qəti şəkildə etiraz etdilər. Sonradan isə mənə Mərcan klinikasında çalışan uroloq Nail həkimi məsləhət gördülər. O, məni müayinə və müalicə etməyə başladı.

    Müalicədən sonra əməliyyata hazırlıq gördü və əməliyyatı müvəffəqiyyətlə başa çatdırdı. Əməliyyatdan sonra 4 gün həmin klinikada həkimlərin və tibb bacılarının nəzarəti altında oldum. Klinikada yatdığım dövrdə demək olar ki, bütün tibbi personalların vətəndaşlara qayğı ilə yanaşdığının şahidi oldum. Həkimdən tutmuş xəstə baxıcılarınadək öz vəzifələrini layiqincə yerinə yetirdilər.

    Bu yüksək qayğıya görə həmin kollektivə öz təşəkkürümü bildirirəm və daimi vətəndaşlara yüksək səviyyədə xidmət etmələrini arzulayıram.



    Qiyam Ərşadoğlu

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ