
"Atributinfo.az" xəbər verir ki, tədbirdə Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb üzrə elmlər doktoru, Əməkdar həkim Rəşad Mahmudov, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov, Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarən Muradova və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbli iştirak ediblər.
Çıxışlar zamanı səhiyyə işçilərinin layiqli əmək şəraitinin təmin olunması, rezident həkimlərin hüquqlarının qorunması, həmkarlar ittifaqlarının bu prosesdəki rolu və mövcud çağırışlarla bağlı fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.
Bəradər
"Atributinfo.az"




