Sizin reklam burada
Sizin reklam burada
  • Bu gün Azərbaycanda Milli Sevgililər Günüdür

    İlkin Məmmədov
    Göygöl rayon ziyalısı

    İlham və Fərizə əsrlər boyu dahilərimizin əsərlərində yaratdığı fantastik məhəbbəti reallığa çevirdilər. Onlar Azərbaycanımızın başına gəlmiş faciəli, qanlı yanvar qırğınında canlarını qurban verərək, Vətən sevgisini öz müqəddəs sevgiləri ilə yanaşı qoydular və sübut etdilər ki, yalnız belə bir sevgi ucalığa layiqdir.
    Bu cavanlar, sadə bir azərbaycanlı ailəsi timsalında bütün sevənlərə nümunə oldular.
    Onlar özləri də bilmədən İlham və Fərizə adlı sevgi dastanı yaratdılar. Bu sevgi dünyada bütün sevgilərdən yüksəyə qalxıb sədaqət rəmzinə çevrildi. Heç bir məhəbbət əsəri İlham və Fərizənin yaratdığı sevgi dastanı yüksəkliyində deyil.
    Dahilərin yaratdığı əsərlərdə onların qəhrəmalarının amalı yalnız sevgilərinə qovuşmaq olmuş, ondan başqa heç nə haqda düşünməmiş, bu yolda hətta aşiqlərin çoxu çirkin əməllərə əl ataraq, sevdiklərinə qovuşmağa çalışmışlar. Bizim qəhrəmanımız isə həyatın mənasını tamam başqa bir şeydə – Vətənə qurban getməkdə gördü. Sağlığında sevilənlərin məhəbbətinin ömrü qısa olur.Şəhidlər xiyabanında İlham və Fərizənin məzarını da ziyarət etdik. İndi onlar eyni məzarda uyuyurlar. Xiyabanda onlarla yeniyetmə və gəncin mübarizlərin məzarını ziyarət etməsinin şahidi olduq. Azərbaycan xalqı qanı bahasına müstəqilliyə imza atan ilhamlarını, fərizələrini ziyarət etməyi daim özünə borc bilir...



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ