NDU-nun Media və ictimaiyyətlə əlaqələr şöbəsindənbildirilib ki, ikili diplom müqavilələri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və İstanbul Universitetinin rektoru Osman Bülent Zülfikar tərəfindən imzalanıb.
Tərəflər arasında ikili diplom layihəsi üzrə əməkdaşlıq magistratura səviyyəsində “Türk dünyası tarixi” və “Strateji idarəetmə” ixtisaslarını əhatə edəcək. İki ixtisas üzrə mütəxəssislərin hazırlanmasını hədəfləyən yeni əməkdaşlıq dövlət proqramı çərçivəsində həyata keçirilib. Yeni ixtisaslarda təhsil alacaq tələbələr təhsillərinin bir ilini NDU-da, bir ilini İstanbul Universitetində davam etdirəcək. Hər iki universitetin təcrübəsinə yiyələnəcək tələbələr sonda tərəfdaş universitetlərin diplomlarını əldə edəcəklər.
