Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, teatr, kino və xoreoqrafiya sənəti, idman, musiqi sənəti və təsviri sənət istiqamətlərinin komissiyaları üzrə aparılan qeydiyyat prosesi bu gün 23:59-dək davam edəcək.
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Qabiliyyət imtahanlarının iyun-avqust aylarında keçirilməsi nəzərdə tutulur.
Abituriyentlərə qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə biləcəkləri tarixlər haqqında məlumat DİM-in internet səhifəsində veriləcək. Buraxılış vərəqəsində qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək.
