Sizin reklam burada
Sizin reklam burada
  • Deputatdan gənclərə yeni maraqlı tövsiyələr

    120 saylı Cəbrayıl -Qubadlı seçki dairəsindən deputat seçilən Ceyhun Məmmədov daim gənclərə maraqlı tövsiyələri ilə dəstək olmuş, düzgün yol göstərmişdir.
    Deputat ənənəvi olaraq yeni tövsiyələrini bölüşür, faydalı və maraqlı olacağı isə şübhəsizdir:

    1. Məqsədini müəyyən et. Həyatda nə istədiyini müəyyənləşdirmək, doğru istiqamətdə addımlar atmağın əsas şərtidir.

    2. İxtisas seçimini ciddi qəbul et. Qarşıda minlərlə gəncimizi ixtisas seçimi gözləyir. İxtisas seçimində yalnız dəbdə olan sahələrə deyil, öz maraqlarına, bacarıqlarına və gələcək imkanlara uyğun qərar ver. Unutma ki, sevərək etdiyin işdə daha uğurlu ola bilərsən.

    3. Zamanını düzgün idarə et. Vaxt ən dəyərli sərvətdir. Günü planlı yaşamaq, hədəflərə çatmaqda əsas vasitədir.
    4. Daim öyrən və inkişaf et. Texnologiya və informasiya sürətlə dəyişir. Hər gün yeni bir bilik əldə etməyə çalış.

    5. Yaxşı dostlar seç. Səni irəli aparacaq, motivasiya verəcək dostlar seç. Mühit insanı formalaşdırır.

    6. Əxlaqlı və dürüst ol. Uğurdan daha önəmlisi, onu necə qazandığındır. Dürüstlük etimad və hörmət gətirər.

    7. Sağlam həyat tərzi sür. Zehni və fiziki sağlamlıq həyatın hər sahəsində uğurun əsasını təşkil edir.

    8. Riskdən qorxma, amma düşünərək qərar ver. Hər uğurun arxasında bir cəsarət dayanır. Amma plan və analiz olmadan atılan addımlar təhlükəli ola bilər.

    9. Ailənə və cəmiyyətə qarşı məsuliyyətli ol. Ailən və cəmiyyət sənə verdiklərini geri almaq haqqına sahibdir. Paylaşmaq və xidmət etmək dəyərli insana xasdır.

    10. Xəyallarının arxasınca get. Qorxularını deyil, arzularını rəhbər tut. Səbir və əzmlə hər bir hədəfə çatmaq mümkündür.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ